XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Milli Paralimpiya Komitəsində yeni komissiya yaradılıb
İdman 13:01 / 07.11.2021
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) İcraiyyə komitəsinin iclası keçirilib. AMPK-dan verilən məlumata görə, toplantıda Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiyanın yaradılması haqqında qərar qəbul edilib.
Qərardan irəli gələrək, komissiyanın sədri və üzvləri təyin olunub, iş planı təsdiqlənib. Bununla bağlı Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, qurumun fəxri vitse-prezidenti Afiq Süleymanov komissiyanın sədri, idman şöbəsinin müdiri Rauf Mürsəlov, Əlil Sahibkar Təşkilatı İB-nin sədri Mirzə Məmməd Vəliyev, güllə atıcılığı idman növünün para-trap üzrə baş məşqçisi Əfqan Əhmədov və idman şöbəsinin aparıcı mütəxəssisi Saday Abdullayev komissiyanın üzvü seçiliblər.


32749 oxunub

InvestAZ