XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının prezidenti seçilib
İdman 10:15 / 06.11.2021
Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının (WSF) prezidenti seçilib. "WSF”nin vitse-prezidenti və idarə heyətinin üzvü Y.Bəşirov İstanbulda şotokan üzrə 11-ci dünya çempionatından əvvəl təşkilatın yığıncağında yekdil səslə bu məsul vəzifəyə seçilib.
Qeyd edək ki, Yaşar Bəşirov Azərbaycan Milli Karate Federasiyasının prezidenti, həmçinin Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə Heyətinin üzvüdür.
Daha bir əlamətdar hadisə "WSF”nin İdarə Heyətinin yeni tərkibində təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevin də yer alması olub. Bu böyük etimada əsas səbəb Azərbaycanın idman tədbirləri və təşkilatçılıq işlərində təcrübəsinin dünyada yüksək dəyərləndirilməsidir.
Türkiyə Karate Federasiyasının prezidenti vəzifəsinə namizədlərdən biri olan Ercüment Taşdemir isə "WSF”nin Baş katibi seçilib.
Yığıncaqda təşkilatın inkişaf etdirilməsinə dair bir sıra məsələlər müzakirə edilib.
Məlumat üçün bildirək ki, 5 qitədən 75 dövlət "WSF”nin rəsmi üzvüdür. Son illər təşkilatın idarə edilməsində dəyişikliklər "WSF”nin nüfuzunu artırıb. Qarşıdakı illərdə karatenin şotokan növü üzrə genişmiqyaslı işlərin görülməsi və yarışların sayının artırılması nəzərdə tutulub.


28521 oxunub

InvestAZ