XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Uşaq atletikası” yarışlarının qalibləri müəyyənləşdi
İdman 15:24 / 06.11.2021

Dünya Atletikasının AOD proqramının və Milli Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Atletika Federasiyası və "Rekord" idman klubunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş "Uşaq atletikası” yarışları keçirilib. Yarışda "Rekord" idman klubundan 2, 1 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən, Nizami rayonu 251 nömrəli orta məktəbdən, Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasından, Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdən 1 komanda öz gücünü sınayıb.

Yarışda 1 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Binəqədi rayon 3 saylı tam orta məktəbin komandası ikinci, "Rekord" idman klubunun komandası isə üçüncü pillələrdə qərarlaşıblar.

Qalib gələn idmançılar federasiya tərəfindən diplom və medallarla təltif olunublar.


31306 oxunub

InvestAZ