XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı
İdman 22:46 / 06.11.2021
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilər arasında dünya çempionatı sona yaxınlaşır. Altıncı yarış günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub. İntiqam Vəlizadə (61 kq) ilk görüşdə Fransa təmsilçisinə məğlub olub. Təmsilçimiz Turan Bayramov (74 kq) startda Ukrayna idmançısına qalib gəlsə də, növbəti görüşündə Rusiya təmsilçisinə uduzub. Abubakr Abakarov (86 kq) səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb.
Mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan Osman Nurməhəmmədov (92 kq) Moldova güləşçisi üzərində inamlı qələbə qazanıb. Millimizin üzvü Almaniya idmançısına da heç bir şans verməyib. Yarımfinalda İran pəhləvanından da güclü olan O.Nurməhəmmədov adını finala yazdırıb.


31501 oxunub

InvestAZ