XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AGF-nin nümayəndəsi FIG-nin Texniki Komitəsinin üzvü seçildi
İdman 11:12 / 07.11.2021
Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib. Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq ölkə təmsilçimiz FIG-nin sözügedən komitəsinə üzv seçilir.

Texniki Komitəyə seçkilər FIG-in Türkiyənin Antalya şəhərində təşkil edilmiş 83-cü Konqresi çərçivəsində baş tutub.

Qeyd edək ki, N.Bulanova 1980-1998-ci illərdə bədii gimnast olub, daha sonra isə məşqçilik fəaliyyətinə başlayıb. O, 2002-ci ildən etibarən milli səviyyədə, 2003-cü ildən isə beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərir.

N.Bulanova 2014-cü ildən etibarən Bakıda keçirilən gimnastika növləri üzrə irimiqyaslı yarışlarda Yerli Təşkilat Komitəsi tərkibində yarışların direktoru vəzifəsini yerinə yetirir.

37501 oxunub

InvestAZ