XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Böyük dəbilqə”: Cüdoçularımız günü 2 bürünc medalla başa vurdular
İdman 19:00 / 06.11.2021

Heydər Əliyev adına İdman Sarayında keçirilən "Böyük dəbilqə beynəlxalq turniri davam edir. Yarışların ikinci günündə Azərbaycanın daha 11 cüdoçusu mübarizəyə qoşulub.

Tatami üzərinə çıxan təmsilçilərimizdən ikisi turniri bürünc medalla başa vurub. Medalları komandamızın aktivinə Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) yazdırıblar.

Hidayət Heydərov (73 kq) ilk qarşılaşmada almaniyalı Mixael Adamı məğlub etsə də, dörddəbir finalda rusiyalı Mahmadbek Mahmadbekovla bacarmayıb. O, təsəlliverici görüşdə qırğızıstanlı Ertut Turdubayevi məğlub edib. Cüdoçumuz bürünc medal görüşündə Almaniyanın digər təmsilçisi Lukas Vennekoldanı da mübarizədən kənarlaşdıraraq üçüncü yeri tutub.
Digər bürünc medalı 81 kiloqram çəki dərəcəsində çıxış edən Elcan Hacıyev qazanıb. Belə ki, ilk qarşılaşmasında yaponiyalı Yomişiçi Kamoçini məğlub etsə də, dörddəbir finalda türkiyəli Vedat Albayraka uduzan cüdoçumuz təsəlliverici görüşdə macarıstanlı Atilla Unqvarini məğlub edib. Bürünc medal uğrunda komanda yoldaşı Hasil Cəfərovla qarşılaşan E.Hacıyev rəqibinə vazari xalı ilə qalib gələrək üçüncü yerə sahib çıxıb.

Xatırladaq ki, turnirin birinci günündəklubumuzun yetirmələrindən Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) isə gümüş medala sahib olub.
Beləliklə, 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycan millisi aktivində 3 qızıl, 1 gümüş, 3 bürünc medal olan Yaponiya komandasından sonra ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, nüfuzlu yarışda ümumilikdə 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) mübarizə aparır. Azərbaycan millisi bu turnirdə 33 cüdoçu (25 kişi, 8 qadın) ilə təmsil olunur.


33578 oxunub

InvestAZ