XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Gəncədə Zəfər Gününə həsr olunmuş turnir keçirilib
İdman 10:36 / 07.11.2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş Gəncə şəhərində fəaliyyət göstərən gənclər və könüllü təşkilatları arasında stolüstü tennis üzrə ”Zəfər Kuboku”adlı turnir təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd Zəfər Gününün təntənəli şəkildə qeyd edilməsi, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, həmçimin gənclər arasında sağlam həyat tərzinin təbliği olub.

Turnirdə Gəncə şəhərində fəaliyyət göstərən 8 gənclər və könüllü təşkilatlarından 32 nəfər idmansevər gənc iştirak edib. İki gün davam edən turnirdə GDU TGT-ı komandası birinci yeri tutub. UTECA TGT-n və GDU nəzdində olan Dövlət Regional Kollecinin TGT-n komandaları müvafiq olaraq ikinci, üçüncü yerlərə layiq görülüblər.

Yarışın qalib və mükafatçıları təşkilatçılar tərəfindən kubok və diplomlarla mükafatlandırılıblar. Turnirin ən yaxşı oyunçuları da hədiyyələrlə təltif olunublar.


32916 oxunub

InvestAZ