XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Güləşçimiz Belqradda qızıl medal qazanıb
İdman 13:18 / 04.11.2021
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) debütdə meksikalı rəqibini məğlub edib. H.Cəfərov daha sonra Rumıniya idmançısına tam üstünlüklə qalib gələrək, dörddəbir finala yüksəlib. Qazaxıstan idmançısına da heç bir şans tanımayan güləşçimiz adını yarımfinala yazdırıb. Türkiyə güləşçisindən də güclü olan həmyerlimiz dünya çempionatının finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə idmançımızın rəqibi Məhəmməd Rezayi (İran) olub. Həlledici görüşdə də qələbə qazanan güləşçimiz U-23 dünya çempionatının qalibi olub.
Qeyd edək ki, H.Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanıb.

43503 oxunub

InvestAZ