XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqası: Favoritlər «Şerif»i endirdilər
İdman 12:42 / 04.11.2021
Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.
A qrupunda "Mançester Siti" "Brügge", "Leyptsiq" isə PSJ ilə qarşılaşıb. "Şəhərlilər" 4:1 hesablı qələbə qazanıb. Digər görüşdə qalib müəyyənləşməyib - 2:2.
B qrupunda "Milan" "Portu" ilk xalını qazanıb. Qrupun digər matçında "Liverpul" "Atletiko" ilə üz-üzə gəlib. Yurgen Kloppun komandası qələbə sayəsində sona iki tur qalmış pley-offa vəsiqəni təmin edib.
C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" "Sportinq"in qonağı olub. Meydan sahibləri rəqibini 4 cavabsız qolla məğlub edib. Bununla da İstanbul klubu qrupdan çıxmaq şansını tamamilə itirib. "Borussiya" (Dortmund) isə "Ayaks"ı qəbul edib. Niderland təmsilçisi səfərdə qələbə qazanmaqla (3:1), növbəti mərhələyə adlayıb
D qrupunda "Real" Donetsk "Şaxtyor"una 2:1, "İnter" isə "Şerif"ə 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, dünən "Bavariya" və "Yuventus" da 1/8 finala vəsiqəni təmin edib.



A qrupu

"Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika) - 4:1
Qollar: Fil Foden, 15, Riyad Mahrez, 54, Rahim Sterlinq, 72, Qabriel Jezus, 90+2 - Con Stounz, 17-avtoqol

"Leyptsiq" (Almaniya) - PSJ (Fransa) - 2:2
Qollar: Kristofer Nkunku, 8, Dominik Soboslai, 90+2-pen. - Corcinyo Veynaldum, 21; 39



B qrupu

"Milan" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:1
Qollar: Şansel Mbemba, 61 - avtoqol - Luis Dias, 39

"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) - 2:0
Qollar: Diequ Jota, 13, Sadio Mane, 21


C qrupu


"Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 4:0
Qollar: Pote, 31-pen.) 38, Paulinyo, 41, Pablo Sarabiya, 56

"Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland) - 1:3
Qollar: Marko Roys, 37-pen. - Duşan Tadiç, 72, Sebastyan Alle, 83, Davi Klassen, 90+3


D qrupu

"Real " (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1
Qollar: Kərim Benzema, 14; 61 - Fernando, 39

"Şerif" (Moldova) - "İnter" (İtaliya) - 1:3
Qollar: Adama Traore, 90+2 - Marselo Brozoviç, 54, Milan Şkrinyar, 66


29224 oxunub

InvestAZ