XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Sumqayıt reqbiçilərindən uğurlu çıxış
İdman 19:07 / 01.11.2021
Gəncədə reqbi-7 üzrə yeniyetmələr arasında açıq kuboku yarışı keçirilib. Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Reqbi Federasiyasının və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər stadionunda təşkil olunub. Yarışın açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Reqbi Federasiyasının İdarə Heyətinin üzvü Həmid Nəsirov, Azərbaycan Reqbi Federasiyasının 1-ci vitse-prezidenti Elvar Osmanov, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin məsul işçisi, Reqbi Federasiyasının baş katibi Əlniyaz Mirzəyev, Gənclər və idman Naziriliyinin İdman Şöbəsinin əməkdaşı Pərvin Mehdiyev və Vətən müharibəsi iştirakçıları çıxış ediblər.
2005-2006-cı il təvəllüdlü reqbiçilərin iştirak etdiyi yarışda Gəncə, Sumqayıt, Naftalan, Göygöl və Şəmkir komandaları yarışıblar. Yekun nəticələr əsəsən Sumqayıt komandası birinci, Gəncə komandası isə ikinci yeri tutub. Şəmkir komandası isə üçüncü yerlə kifayətlənib.
Qaliblər diplomlar və kuboklarla mükafatlandırılmışdır.

29424 oxunub

InvestAZ