XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti seçilib
İdman 18:03 / 01.11.2021
Noyabrın 1-də Gənclər və İdman Nazirliyində Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransı keçirilib.
Konfransda gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də Olimpiya və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çingiz Hüseynzadə tədbirdə çıxış edərək ölkəmizdə cüdo idmanının inkişafından, federasiyanın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında əldə edilən uğurlardan danışıb.
Sonra federasiyanın prezidenti vəzifəsinə seçkilər keçirilib. Səsvermə nəticəsində Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib.
Konfransda, həmçinin federasiyanın idarə heyətinin yeni tərkibi də müəyyənləşib. Belə ki, federasiyanın vitse-prezidenti vəzifəsinə Rövşən Rüstəmov və Elnur Məmmədli, İcraiyyə Komitəsi üzvlüyünə isə Ağayar Axundzadə, Raqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və Elxan Məmmədov seçiliblər.
Konfransda ACF-nin sabiq prezidenti Rövnəq Abdullayev çıxış edərək federasiyanın yeni rəhbərliyi və İcraiyyə Komitəsini təbrik edərək, uğurlar arzulayıb.

36897 oxunub

InvestAZ