XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Beyləqanda təşkil olunub
İdman 09:53 / 01.11.2021
AFFA-nın və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Beyləqanın Qəhrəmanlı kəndində keçirilən tədbirdə ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin dekabrında Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Beyləqan rayonundan Milli Məclisə seçilmiş deputat Şahin İsmayılov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Beyləqan Rayon Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd olunan layihə üzrə 2021-ci il ərzində respublikamızın müxtəlif bölgələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə "Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər keçirilib. Bu layihə üzrə tədbirlərin respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.

34032 oxunub

InvestAZ