XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Qızıl top" un yeni sahibi Levandovski olacaq?
İdman 13:06 / 28.10.2021
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi üçün səsvermənin nəticələrini əks etdirən foto yayılıb.
Sosial şəbəkələrdə yayılan fotoya əsasən, Polşa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski qalib olacaq. 33 yaşlı hücumçunun 627 səsi var.
İkinci sırada Fransa PSJ-sində çıxış edən Lionel Messi, üçüncü yerdə isə Madrid "Real"ından Kərim Benzema qərarlaşıb.
Səsvermə oktyabrın 24-də başa çatıb. Lakin qalibin adı noyabrın 29-da Parisdə açıqlanacaq.
Qeyd edək ki, "France Football" nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib. "Qızıl top"u sonuncu dəfə 2019-cu ildə hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messi qazanıb.


46674 oxunub

InvestAZ