Avropa nəhənglərinin məyus olduğu gün - Foto
İdman 10:34 / 28.10.2021
Ötən gün Avropanın
aparıcı ölkələrinin çempionat və kubok yarışlarında maraqlı nəticələr
qeydə alındı. «Bavariya», «Yuventus», «Barselona» və «Mançester Siti»
komandaları sadiq azarkeşlərini məyus etdilər. Ən yaddaqalan matç
Münhenqladbaxda keçirilib. Hər zaman rəqib qapısından ən azı 5 top
keçirən «Bavariya» Dortmund təmsilçisinə böyük hesabla uduzub - 0:5.
«Yuventus» «Sassuolo» səfərində məğlub olub - 1:2. «Barselona» «Rayo
Valekano» ilə bacarmayıb - 0:1. «Mançester Siti» İngiltərə kubokunda
«Vest Hem»ə penaltilərdə uduzub - 0:0 (3:5).
29601 oxunub