XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Milli Gimnastika Arenasında 32 ölkədən 750 idmançı yarışacaq
İdman 15:23 / 27.10.2021
Milli Gimnastika Arenasının bu il ev sahibliyi edəcəyi sonuncu turnir batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları olacaq. Bakıda ilk dəfə keçiriləcək bu növ üzrə dünya çempionatından sonra Milli Gimnastika Arenasında gələcəyin batut ulduzları mükafatçılar sırasında yer almaq uğrunda mübarizə aparacaqlar.
Noyabrın 25-28-də təşkil olunacaq yarışda, ilkin qeydiyyat siyahısına əsasən, 32 ölkədən 750 idmançının iştirak edəcəyi gözlənilir.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.




29743 oxunub

InvestAZ