AMPK: yeni komissiya yaradılıb
İdman 14:01 / 27.10.2021
Azərbaycan Milli Paralimpiya Komitəsinin
(AMPK) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Afiq Süleymanov komitənin
fəxri vitse-prezidenti seçilib. Eyni zamanda, məşqçilər şurası və nizam-intizam
komissiyasının heyətləri təsdiqlənib, Həmçinin Qarabağ qaziləri ilə iş və idman
seleksiyası üzrə komissiya yaradılıb. Komitənin vitse-prezidenti İlham Zəkiyev
nizam-intizam komissiyasının rəhbəri, baş katibi Kamal Məmmədov isə məşqçilər
şurasının sədri təyin ediliblər. Qarabağ qaziləri ilə iş və idman seleksiyası
komissiyasının tərkibinin formalaşdırılması AMPK-nin fəxri vitse-prezidenti
A.Süleymanova tapşırılıb.
30352 oxunub