XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Ev sahibləri medallara “Tonsin” adı veriblər
İdman 12:00 / 27.10.2021
Pekin-2022 Qış Olimpiya və Paralimpiya oyunlarının başlamasına 100 gün qalmış oyunların medalları ictimaiyyətə təqdim olunub. Bu münasibətlə keçirilən mərasimdə Çin Baş nazirinin müavini Han Cen, Olimpiya çempionları Yan Yan və Can Yufey Pekin-2022 Qış Olimpiya Oyunlarının medallarını nümayiş etdiriblər. "Tonsin” ("Hamı bir nəfər kimi birlikdə”) adlanan medalların üzərində Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və Pekin-2022-nin loqosu, digər üzündə isə Olimpiya halqalarının təsviri əks olunub.
Mərasimdə növbəti Qış Paralimpiya Oyunlarının medalları da təqdim olunub.
Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları fevralın 4-20-də, Paralimpiya Oyunları isə martın 4-13-də Pekində və yaxınlıqdakı Canciakou şəhərində keçiriləcək. Pekin həm Yay, həm də Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək ilk şəhər olacaq. XXIX Yay Olimpiya Oyunları 2008-ci ildə bu şəhərdə keçirilib.



33939 oxunub

InvestAZ