XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Komandaların sayı 11-ə çatdı
İdman 10:03 / 27.10.2021
Azərbaycan Reqbi Federasiyasının yeni klubları fəaliyyətə başlayıb. Oğuz, Mingəçevir və Göygöldə açılan klublarda federasiyanın birinci vitse-prezidenti Elvar Osmanov, baş katibi Əliniyaz Mirzəyev, yığma komandanın baş məşqçisi Vaqif Sadətxanın iştirakı ilə komandaların təlim-məşqləri təşkil edilib. Qonaqlar klub üzvləri ilə görüş zamanı reqbi idman növü və onun inkişaf istiqamətləri ilə bağlı məlumat verib, klub üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıblar.

Daha sonra yeni açılmış klublara federasiya tərəfində toplar təqdim olunub.

Qeyd edək ki, ölkəmizdə reqbi komandalarının sayı artıq 11-ə (Gəncə, Sumqayıt , Qəbələ, Şəki , Qarabağ, Şəmkir, İçərişəhər, Göygöl, Oğuz, Mingəçevir, Samux) çatıb.


39893 oxunub

InvestAZ