XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Atalanta" 38-ci klubdur
İdman 12:16 / 21.10.2021
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. 36 yaşlı hücumçu buna İtaliya "Atalanta"sına 3:2 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur oyununda nail olub. Portuqaliyalı forvard 81-ci dəqiqədə fərqlənməklə turnirdə 38-ci komandaya qol vurmağı bacarıb. Daha əvvəl hansısa futbolçu bu nailiyyətə imza atmayıb.
Qeyd edək ki, hazırda "Mançester Yunayted" 6 xalla F qrupuna başçılıq edir. "Qırmızı şeytanlar" IV turda "Atalanta"nın qonağı olacaq.

31005 oxunub

InvestAZ