XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Zəka sahiblərimiz xatirə turnirində yarışırlar
İdman 12:26 / 19.10.2021
Bu gün Banqladeşin paytaxtı Dəkkədə xatirə turnirində Azərbaycan şahmatçıları mübarizəyə başlayırlar. Yarışda Azərbaycanı 5 şahmatçı - Vüqar Əsədli, Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Vüqar Rəsulov və Azər Mirzəyev təmsil edir. Birinci turda təmsilçilərimiz V.Əsədli pakistanlı Mahmood Lodhi, M.İsgəndərov hindistanlı Bisvas Sourath, Ülvi Sadıqov Hindistanın daha bir təmsilçisi Mukherjee Arpita, V.Rəsulov banqladeşli Choudhury Anata, A.Mirzəyev daha bir yerli idmançı Zaur Rahman ilə mübarizə aparacaqlar.
Yarışda 102 şahmatçı iştirak edir ki, onlardan da 33-ü qrossmeysterdir.
Oktyabrın 27-dək davam edəcək turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.


16818 oxunub

InvestAZ