XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Füzuli rayonunun işğaldan azad olunması münasibətilə keçirilən yoldaşlıq görüşü 4:4 hesabı ilə başa çatdı
İdman 10:00 / 19.10.2021
Oktyabrın 17-də "Sportsman” jurnalının, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin və ‘’Olimpiya dünyası’’ qəzetinin birgə təşkilatçılığı ilə mini-futbol üzrə yoldaşlıq görüşü keçirildi. 17 oktyabr - Füzuli rayonunun işğaldan azad olunması münasibətilə təşkil olunan yoldaşlıq görüşündə idman mediasının nümayəndələri Vətən müharibəsində iştirak edən qazilər öz bacarıqlarını nümayiş etdirdilər. Gərgin və maraqlı keçən qarşılaşma 4:4 hesabı ilə başa çatdı.
Yarışın bağlanış mərasimində ‘’Olimpiya dünyası’’ qəzetinin baş redaktorunun müavini, ‘’Olimpnews.az’’ saytının baş redaktoru Aslan Şirəliyev tədbirlə bağlı öz fikirlərini bildirdi. Qeyd olundu ki, düz bir əvvəl oktyabr 17-də Füzuli rayonunun işğaldan azad olunması Azərbaycan tarixində qızıl hərflərlə yazılıb. "44 günlük Vətən müharibəsi zəfər dolu günlərlə yadda qaldı. Bu zəfər dolu günləri bizə yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza borcluyuq. Vətən uğrunda canını fəda edən hər bir şəhidimizə Uca Tanrıdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayırıq. Bugünki tədbirin ərsəyə gəlməsində öz köməkliyini əsirgəməyən təşkilatçılara öz minətdarlığımı bildirirəm”, - deyə Aslan Şirəliyev bildirdi.
Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev çıxışında bildirdi ki, bu günləri bizə yaşadan qəhrəman əsgərlərimizə minnətdarıq. O dedi: "Şəhidlik zirvəsinə ucalan oğullarımızın ruhları qarşısında baş əyirik. Qazilərimizə isə şəfa diləyirik. Yoldaşlıq görüşündə tədbirdə idman mediasının nümayəndələrini, qazilərimizi və idman ictimaiyyətinin bir araya gətirdik. Bu qarşılaşmada simvolik olaraq 4:4 hesabı qeydə alındı. Həmin hesab 44 günlük Vətən müharibəsində qazandığımız qələbəmizi özündə əks etdirir. Fürsətdən istifadə edərək qeyd edim ki, tədbirdə dünya və Avropa çempionları və Olimpiya Oyunlarının iştirakçısı olan idmançılarımız - Cavid Çələbiyev, Emil Hacıyev, Orxan Səfərov və Xəyal Əhmədov da iştirak edirlər. Bu iştiraka görə onlara da təşəkkür edirik”.
Sonra çıxış üçün söz Qarabağ müharibəsi veteranı, "Bakı” Futbol Federasiyasının səlahiyyətli nümayəndəsi, tanınmış jurnalist Mahir Süleymanova verildi. Birinci Qarabağ döyüşlərində iştirak edən Mahir Süleymanov bunları dedi: "Bu gün torpaqlarımız düşmən tapdağından azad edilib. Hər zaman Azərbaycan əsgəri döyüşlərdə rəşadət göstərib. Qarabağ döyüşlərinin iştirakçıları, Vətən müharibəsində qalib əsgərlərlə birlikdə bir komandada çıxış etmək böyük şərəfdir. Bu möhtəşəm qələbə sayəsində Azərbaycan dünyaya səs saldı. Biz bununla qürur duyuruq. Belə bir bir tədbirdə iştirakımızı təmin etdiyiniz üçün hər birinizə minnətdarlığımı bildirirəm”.
Çıxışlar başa çatdıqdan sonra hər iki komandanın iştirakçılarına xatirə hədiyyələri təqdim olundu.

Anar Əhmədov




17619 oxunub

InvestAZ