XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Pekin-2022-nin məşəli alovlandırıldı
İdman 17:19 / 18.10.2021
Qədim Olimpiya Oyunlarının vətəni Yunanıstanda Pekin Qış Olimpiadasının məşəli alovlandırılıb.

Məşəli daşıyan ilk idmançı yunanıstanlı xizəkçi Yannis İoannis Antoniou olub.

Məşəl estafeti bir gün davam edəcək. Belə ki, oktyabrın 19-da tarixi "Panatinaikos” stadionunda məşəl Çin nümayəndələrinə təhvil veriləcək.

Estafet Pekin Olimpiadasının açılış günü - fevralın 4-də başa çatacaq.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.

28396 oxunub

InvestAZ