XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Mahir Emrelinin transfer qiyməti artdı
İdman 15:31 / 18.10.2021
Polşanın "Legiya” komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer qiyməti artıb. Bu barədə "Transfermarkt” məlumat yayıb.
Qeyd edilib ki, mövsümün əvvəlində transfer qiyməti 1 milyon avro olan M.Emrelinin Polşa komandasındakı uğurlu çıxışı onun transfer dəyərinə müsbət təsir göstərib. İyirmi dörd yaşlı forvardın transfer qiymətinin 2 milyon avro olduğu bildirilib.
Bununla da, millimizin üzvü Polşa Ekstraklasasının ən qiymətli futbolçularından ibarət ilk "10-luq”a daxil olub. O, komanda yoldaşı Bartoş Slişlə son iki yeri bölüşür.
Xatırladaq ki, Mahir Emreli yayda "Qarabağ”dan "Legiya”ya transfer olunub.


17885 oxunub

InvestAZ