XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



“Böyük dəbilqə” turnirində 8 cüdoçumuz qüvvəsini sınayacaq
İdman 15:52 / 15.10.2021
Sabah Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə” turnirinə start veriləcək. 46 ölkədən 287 (167 kişi, 120 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Turnirdə komandamızı kişilərdən ibarət komandamız təmsil edəcək. Belə ki, Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (66 kq), Telman Vəliyev, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) yarışda mübarizə aparacaqlar. Turnirə oktyabrın 17-də yekun vurulacaq.



16369 oxunub

InvestAZ