XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Uğur qazanmış fudokan komandamızla görüş keçirilib
İdman 15:49 / 14.10.2021
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Polşanın Katovis şəhərində keçirilən fudokan üzrə 25-ci Avropa çempionatının qalib və mükafatçılarını və Dünya Fudokan Federasiyasının (DFF) Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəsi ilə görüşüb. R.Abbasov qalib və mükafatçıları təbrik edib, fudokan üzrə ölkəmizdə gələcəkdə böyük layihələrin həyata keçirilməsi və bu idman növünün inkişafı ilə bağlı müzakirələr aparılıb.

DFF-nin Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə Dünya Fudokan Federasiyası tərəfindən verilmiş 25-ci Avropa çempionatının xatirə medalını və Azərbaycan komandasının qazandığı uğurlara görə təşəkkür diplomunu R.Abbasova təqdim edib.

Sonda R. Abbasov V.Abdullazadəni, turnirin qalib və mükafatçılarını fəxri diplomlar ilə təltif edib.

Qeyd edək ki, Avropa çempionatında şəxsi döyüşlərdə (uşaqlar arasında) Elməddin Səlimli qızıl, Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar. Ülvi Məmmədovun kapitanı olduğu böyüklər arasında komanda isə bürünc qitə çempionatını bürünc medalla başa vurub.

31275 oxunub

InvestAZ