XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



1/4 finalda Britaniya gecəsi
İdman 18:26 / 09.04.2019

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə start veriləcək. Ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. İngiltərə klubları "Tottenhem” və "Mançester Siti” komandaları tarixlərində ilk dəfə avrokubokda üz-üzə gələcəklər. Hər iki kollektiv 1/8 finalda Almaniya təmsilçisini mübarizədən kənarlaşdırıb. Londonlular "Borussiya Dortmund”dan (3:0, 1:0), "şəhərlilər” isə "Şalke”dən (3:2, 7:0) güclü olublar. Komandaların heç birinin heyətində cəzalı futbolçu olmasa da, zədəlilər var. Erik Dayer və Erik Lamela zədə səbəbindən meydana çıxa bilməyəcəklər. Serj Orye ilə Fernando Lyorentenin vəziyyəti isə sual altındadır. "Mançester Siti”də Klaudio Bravo və Aleksandr Zinçenko zədədən əziyyət çəkir. Fabian Delf, Kayl Uoker və Kun Aqueronun isə meydana çıxacağı bilinmir. Günün ikinci görüşü də İngiltərədə baş tutacaq. "Liverpul” öz meydanında Portuqaliyanın "Portu” komandasını qəbul edəcək. Komandalar ardıcıl ikinci mövsüm UEFA Çempionlar Liqasında qarşılaşacaqlar. İngilislər ötən mövsüm səkkizdəbir final mərhələsində rəqibini səfərdə Sadio Manenin het-triki və Məhəmməd Salah və Roberto Firminonun qolları ilə 5:0 hesabı ilə məğlub edib. "Enfild”dəki görüşdə isə hesab açılmayıb.
"Liverpul” səkkizdəbir finalda Almaniya təmsilçisi "Bavariya”nı mübarizədən kənarlaşdırıb (0:0, 3:1). "Portu” isə İtaliyanın "Roma” klubunu keçib (1:2, 3:1). Meydan sahiblərinin heyətində Endryu Robertson cəzalı, Co Qomez və Aleks Oksleyd-Çemberlen zədəlidir. Adam Lallananın vəziyyəti sual altındadır. "Portu”da isə Ektor Errera ilə Pepe cəzalıdır. Aleks Telles isə zədə səbəbindən meydana çıxmaya bilər.

33315 oxunub

InvestAZ