XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Fərid Qayıbov: “Klublarımızın sayının artması futbolumuzun inkişafında rol oynayacaq”
İdman 09:00 / 06.10.2021
"Təqdimat zamanı jurnalistlər ən çox futboldan soruşdular. Bu da normaldır. Çünki futbol bir nömrədir. Biz də istərdik ki, millimiz Avropa və dünya çempionatında iştirak etsin".
Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov "CBC Sport" telekanalında yayımlanan "Təkbətək" verilişində qonaq olarkən deyib.
Nazir bildirib ki, son illərdə yerli klublar - xüsusilə "Qarabağ" və "Neftçi" avrokuboklardakı nəticələri ilə azarkeşləri sevindirir: "Amma istərdik ki, milli komandamız da final mərhələsində iştirak etsin. Bunu AFFA da istəyir. İşlər gedir. Orada da müəyyən çətinliklər var. Əsas məsələ komanda sayının azlığıdır. Bu say artmalıdır. Orada müzakirə etdiyimiz problemlərdən biri də bu oldu. Klublarımızın sayının artması futbolumuzun inkişafında rol oynayacaq. Amma sistemin necə qurulması barədə düşünməli və qərar çıxarmalıyıq. Nazirlik bu işdə AFFA-ya kömək etməyə hazırdır".

31690 oxunub

InvestAZ