XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qrossmeysterimiz “Champions Chess Tour”da ikinci oldu
İdman 21:13 / 04.10.2021
Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour”un final mərhələsində ikinci yeri tutub.
Yarışın doqquzuncu turunda Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşe-Laqrava qalib gəlib. Turnirin yekun nəticələrinə görə, T.Rəcəbov ikinci pillədə qərarlaşıb. Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyana məğlub olub. Ş.Məmmədyarov isə turnirin yekununda sonuncu olub. Yarışın qalibi Maqnus Karlsen olub.

28832 oxunub

InvestAZ