XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Gimnastlarımız Avropa çempionatında 3 medala sahib çıxdılar
İdman 10:42 / 04.10.2021
İtaliyanın Pesaro şəhərində akrobatika gimnastikası üzrə Avropa çempionatı keçirilib. Qitə çempionatı Azərbaycan millisi üçün uğurlu olub. Yarışda ölkəmizi böyüklər arasında qarışıq cütlüklərin yarışında Ağasif Rəhimov və Raziyə Seyidli, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, gənclər yaş qrupunda isə qadın qrupu tərkibində Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova təmsil ediblər.
Akrobatlarımız yarışın elə ilk günündən medal qazanıblar. Qadın qrupumuz temp hərəkətlərinə görə hakimlərdən 27,400 xal alaraq bürünc medal qazandılar.
A.Rəhimov və R.Seyidli isə komandamızın aktivinə həm gümüş, həm də bürünc medal yazdırıblar. Gimnastlarımız qarışıq hərəkətlər proqramı üzrə nümayiş etdirdikləri çıxışlarına görə 86,470 xal toplayaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. Yarışın sonuncu günündə temp hərəkətlərinə görə bürünc medal qazanaraq, Pesaronun "Vitrifriqo Arena”sında üç rəngli bayrağımızın üçüncü dəfə ucalmasına nail olublar.
M.Rəfiyev və D.Abbasovdan ibarət kişi cütlüyümüz isə ən yaxşı nəticəsini qarışıq hərəkətlər proqramı üzrə göstərərək beşinci olublar.

28145 oxunub

InvestAZ