İspaniyalı
tennisçi Rafael Nadala Balear adaları Milli Polisi tərəfindən medal
təqdim olunub. Səbəb kimi dünya şöhrətli ulduzun pandemiya dövründə
koronavirusla mübarizədə apardığı təbliğatda fəal iştirakı göstərilir.
Qeyd edək ki, ATP reytinqində top 10-luqda olan ispaniyalı raketçi
koronavirus səbəbindən Tokio Yay Olimpiya Oyunlarında iştirakdan imtina
edib.