XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Futbol kralı” xəstəxanadan evə buraxıldı
İdman 11:34 / 01.10.2021
Braziliyalı əfsanəvi futbolçu Pele müalicə olunduğu San-Paulu xəstəxanasından evə buraxılıb. Üçqat dünya çempionu, kimya-terapiya kursu keçməlidir. Məlumata görə, həkimlər sabiq futbolçunun vəziyyətini sabit qiymətləndirirlər.

Qeyd edək ki, Pele avqustun 30-da San-Pauludakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı "futbol kralı” sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.

Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qola imza atıb.


30780 oxunub

InvestAZ