XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqasında ikinci tura yekun vuruldu
İdman 11:38 / 30.09.2021
Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub. Turun son oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma təşkil olunub. Gecənin ən maraq doğuran görüşü İtaliyada baş tutub. İaliya nəhəngi "Yuventus” öz meydanında turnirin son çempionu "Çelsi” komandasını qəbul edib. Görüş "Qoca sinyora”nın qələbəsi ilə başa çatıb -1:0. Oyunun taleyin həll edən qol matçın ikinci hissəsində (46-cı dəqiqə) vurulub. Federik Kiyeza Federiko Bernardeskinin ötürməsini qola çevirib. Günün sensasiyası Portuqaliyada qeydə alınıb. Burada "Benfika" klubu son vaxtlar ağır günlərini yaşayan İspaniyanın "Barselona" klubunu böyük hesabla məğlub edib. Görüş Portuqaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Kataloniya təmsilçisi Çempionlar Liqasında ardıcıl iki oyundur ki, 3:0 hesabı ilə məğlub olur. Xatırladaq ki, Ronald Kumanın komandası ilk oyunda Almaniyanın "Bavariya” klubuna birinci turda eyni hesabla məğlub olmuşdu.

Turun digər maraqla gözlənilən oyunu isə İngiltərədə təşkil olunub. "Mançester Yunayted” klubu öz meydanında İspaniyanın "Vilyarreal” klubundan üstün olub -2:1. Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:



E qrupu

"Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0;

"Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 3:0.

F qrupu

"Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0;

"Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:1.

G qrupu

"Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya) - 1:1.

"Zaltsburq" (Avstriya) - "Lill" (Fransa) - 2:1.

H qrupu

"Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0;

"Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə) - 1:0.


29307 oxunub

InvestAZ