XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Teymur Rəcəbov Levon Aronyana qalib gəldi
İdman 10:35 / 30.09.2021
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour”un fina lmərhələsinin beşinci turunun oyunları keçirilib. Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu turda ermənistanlı Levon Aronyan üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.
Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə məğlub olub.
Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

30451 oxunub

InvestAZ