XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib
İdman 10:00 / 30.09.2021


Avstriyanın paytaxtı Vyanada Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 26-cı Konqres və Assambleyası keçirilib. 22 ölkədən nümayəndələrin iştirak etdiyi tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil ediblər.

Konqresin əsas mövzusu "Ədalətli Oyunlar üçün təhsil - təşəbbüslər və layihələr” olub.

Mövzu ətrafında bir sıra nümayəndə heyətlərinin məruzələri dinlənilib, Avropa Ədalətli Oyunlar Hərəkatının 2020-2021-ci il üzrə yekunlarına əsasən mükafatları sahiblərinə təqdim edilib.

Azərbaycan nümayəndə heyəti tərəfindən AzƏOK-un 2020-2021-ci illər ərzində gördüyü işlərin hesabatı məruzə edilib.

Assambleya çərçivəsində qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, yeganə namizəd olan belçikalı Filip Housiaux AƏOH-un prezidenti seçilib. Latviyalı Baiba Veisa, xorvatiyalı Biserka Vrbek quruma yeni vitse-prezident təyin olunublar. MOK tərəfindən namizədliyi irəli sürülən AzƏOK-un sədri Xəzər İsayev 4 il müddətinə AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib.

Tədbirin sonunda AƏOH-un yeni seçilmiş prezidentinə MOK-un xatirə hədiyyəsi təqdim edilib.

31680 oxunub

InvestAZ