XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bu gün Çempionlar Liqasında daha 8 oyun təşkil olunacaq
İdman 12:00 / 29.09.2021
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulacaq. Son oyun günündə E, F, G və H qruplarında oyunlar təşkil olunacaq.Günün ilk görüşləri F və H qruplarında olacaq. Müvafiq olaraq, İsveçrənin "Yanq Boyz" klubu İtaliyada "Atalanta" ilə, İsveçin "Malmö" komandası isə Rusiyada "Zenit"lə üz-üzə gələcək. F qrupunun digər oyununda "Mançester Yunayted" İngiltərədə İspaniyanın "Vilyarreal" klubu ilə qarşılaşacaq. Gecənin ən diqqətçəkən qarşılaşması İtaliyada "Yuventus"la turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubu arasında təşkil olunacaq. H qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

E qrupunda İspaniyanın "Barselona" klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. Ötən tur katalonlara 3:0 hesabı ilə qalib gələn "Bavariya" isə Almaniyada Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkəcək.

G qrupunda Almaniyanın "Volfsburq" klubu doğma meydanda İspaniyanın "Sevilya" klubunu qəbul edəcək. Qrupun digər oyununda isə Avstriya təmsilçisi "Zaltsburq" öz meydanında Fransanın "Lill" klubu ilə üz-üzə gələcək.

30237 oxunub

InvestAZ