XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Champions Chess Tour”: Qrossmeysterlərimizdən ilk qələbə
İdman 11:20 / 29.09.2021
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour”un final mərhələsinin dördüncü turunun oyunları keçirilib. Yarışda Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Dördüncü turda Ş.Məmmədyarov fransalı Maksim Vaşe-Laqrava, T.Rəcəbov polşalı Yan-Kşiştov Dudaya 2,5:1,5 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, şahmatçılarımız bundan əvvəlki 3 turda məğlub olublar.
Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

30241 oxunub

InvestAZ