Akrobatika gimnastlarımız ikinci oldular
İdman 16:52 / 27.09.2021
Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri İtaliyanın Pesaro şəhərində təşkil edilmiş Avropa Yaş Qrupları Yarışlarında uğurla çıxış ediblər. 12-19 yaşlı idmançılar arasında mübarizə aparmış Milana Əliyeva və Nizam Xamidulindən ibarət qarışıq cütlüyümüz final mərhələsinə adlamağı bacarıblar. Həlledici mərhələdə isə qarışıq hərəkətlər proqramı üzrə nümayiş etdirdikləri kompozisiyalarına görə perspektivli gimnastlarımız 27,200 xal toplayaraq gümüş medal qazanıblar.
Yarışda 12-19 yaşlı idmançılar arasında Samirə Rüstəmova və Rauf Cabbarovdan ibarət daha bir qarışıq cütlüyümüz də iştirak edib. Təəssüf ki, onlar final mərhələsinə adlaya bilməyiblər.
30237 oxunub