XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Luis Hamiltondan növbəti qələbə
İdman 14:34 / 27.09.2021
Sentyabrın 26-da Formula 1 Rusiya Qran-Prisinin qalibi müəyyənləşib. Soçi avtodromunda təşkil olunan mövsümün 15-ci yarışında "Mercedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü "Red Bull Racing”in pilotu Maks Ferstappen və "Ferrai”nin üzvü Karlos Sayns tamamlayıblar. L.Hamilton Soçidə beşunci, karyerasında isə 100-cü qələbəsini qazanıb.
Pilotların siyahısına 246,5 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 244,5 xalla ikinci, Valtteri Bottas ("Mercedes") isə 151 xalla üçüncü pillədə yer alıb.
Konstruktorlar kubokunda "Mercedes" 397,5 xalla birincidir. Hesabında 364,5 xal olan "Red Bull Racing" ikinci, "McLaren" isə 234 xalla üçüncü yerdə qərarlaşıb.
Növbəti yarış iki həftə sonra İstanbulda təşkil olunacaq.
Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olmuşdu.

31580 oxunub

InvestAZ