XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan nümayəndə heyəti AƏOH-un 26-cı Konqres və Assambleyasında ölkəmizi təmsil edir
İdman 15:31 / 27.09.2021
Sentyabrın 23-də Avstriyanın paytaxtı Vyanada Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 26-cı Konqres və Assambleyasına start verilib. Tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil edirlər. Konqresin əsas mövzusu "Ədalətli Oyunlar üçün təhsil-Təşəbbüslər və Layihələr”dir.
Sentyabrın 24-də bu mövzu ətrafında bir sıra nümayəndə heyətlərinin məruzələri dinləniləcək, Avropa Ədalətli Oyunlar Hərəkatının 2020/2021-ci illərin yekununa əsasən mükafatları sahiblərinə təqdim ediləcək.
Sentyabrın 25-də Assambleya çərçivəsində qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.


31019 oxunub

InvestAZ