XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Cüdoçumuz Zaqrebdə birinci oldu
İdman 11:28 / 27.09.2021
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turnirində komandamız daha bir qızıl medal əldə edib. Səkkizdəbir finaldan mübarizəyə başlayan cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) əvvəlcə Sebastian Oldak (Polşa), sonra Vaçid Borçaşvili (Avstriya) və Xusen Xalmurzayevi (Rusiya) məğlub edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə Luka Maisuradze (Gürcüstan) üzərində qələbə qazanan M.Mehdiyev Qran-Prinin qalibi olub.
Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Hidayət Heydərov (73 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.
Otuz beş ölkədən 240-dən çox idmançının qüvvəsini sınadığı turnirdə Azərbaycanı iki cüdoçu təmsil edib.

30095 oxunub

InvestAZ