XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qrossmeysterlərimiz ikinci turu da məğlubiyyətlə başa vurdular
İdman 10:06 / 27.09.2021
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour”un final mərhələsinin ikinci turunun oyunları keçirilib.
Turnirdə ölkəmizi qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. İkinci turda Ş.Məmmədyarov Maqnus Karlsenə 3:4, T.Rəcəbov Hikaru Nakamuraya (ABŞ) 2,5:3,5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Xatırladaq ki, birinci turda Ş.Məmmədyarov ABŞ təmsilçisi Uesli Soya T.Rəcəbov isə Vladislav Artemyevə məğlub olub.
Turnirin mükafat fondu 100 000 ABŞ dollarıdır.

28698 oxunub

InvestAZ