XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Dünyanın ən gəlirli futbolçusu açıqlandı
İdman 17:27 / 22.09.2021
Forbes nəşrinin versiyasına görə, "Mançester Yunayted” futbol klubunun oyunçusu Kriştianu Ronaldo 2021/22 mövsümündə dünyanın ən yüksək gəlirli futbolçular siyahısında yer alıb. 36 yaşlı futbolçu vergilər nəzərə alınmadan bu mövsüm 125 milyon dollar qazanıb. Bunun 70 milyon dolları əmək haqqı, 55 milyon dollar isə reklam müqavilələrindən əldə etdiyi bildirilir.

İkinci pillədə PSJ-nin oyunçusu 110 milyon dollar qazanan Lionel Messi yer alıb. Belə ki, 75 milyon dollar onun əmək haqqısından, 35 milyon dollar isə reklamdan əldə etdiyi gəlirdir.

Dünyanın 10 ən yüksək gəlirli futbolçuları:

1. Kriştianu Ronaldo ("Mançester Yunayted”) – 125 milyon dollar.

2. Lionel Messi (PSJ) – 110 milyon dollar.

3. Neymar (PSJ) – 95 milyon dollar.

4. Kilian Mbappe (PSJ) – 43 milyon dollar.

5. Məhəmməd Salah ("Liverpul”) – 41 milyon dollar.

6. Robert Levandovski ("Bavariya”) – 35 milyon dollar.

7. Andres İnyesta ("Vissel Kobe”) – 35 milyon dollar.

8. Pol Poqba ("Mançester Yunayted”) – 34 milyon dollar.

9. Qaret Beyl ("Real Madrid”) – 32 milyon dollar.

10. Eden Hazard ("Real Madrid”) – 29 milyon dollar.

17865 oxunub

InvestAZ