XƏBƏR LENTİ
21 Oktyabr 2021
20 Oktyabr 2021
19 Oktyabr 2021
18 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021
13 Oktyabr 2021



Qurban Qurbanov: “Sonadək mübarizə aparıb, ən yaxşı nəticəni qazanmağa çalışacağıq”
İdman 23:45 / 16.09.2021
"Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 1-ci turunda "Bazel”lə keçirilən oyundan sonra mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis komandasının çıxışını dəyərləndirib: "Bu gün çatışmayan bir qol idi. Çox sürətli və dinamik komandaya qarşı oynadıq. İlk hissənin 10 dəqiqəsi düşündüyümüz kimi alınmadı. Oyunun gedişatında bəzi dəyişikliklər etdik və rəqibə istəyi kimi oynamaq fürsəti vermədik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyimizə inanıram. Hər futbolçumuz əziyyət çəkməlidir. Qarşıdakı görüşlərdə buna nail olacağımıza inanıram. Futbolçularda yorğunluq hiss etmədim və bu səbəbdən iki dəyişikliklə kifayətləndim. Düşünürəm ki, futbolçularımız sonadək tempi saxlaya bildilər. Bu, məni qane edirdi. Oyunçular bir-birilərini yaxşı anlayırdılar. Onların 90 dəqiqə oynamağa gücləri çatdı. Futbolçulardan razı qaldım. Belə oyunlarda qol vurmaq üçün həddindən artıq istəkli oluruq. Bəzən qapıçının yaxşı oyunu buna mane olur”.

Təcrübəli baş məşqçi qrupdan çıxmaq şansları barədə bunları diqqətə çatdırıb: "Hər turnirdə maksimum nəticə əldə etmək niyyətindəyik. Son 4-5 ildə futbol elə səviyyəyə çatıb ki, istənilən komanda düşünmədiyimiz nəticəni əldə edir. Hər komanda bizə qarşı ciddi hazırlaşır. Qrupdakı rəqiblər arasında böyük fərqin olduğunu deyə bilmərik. Mən və futbolçular qarşımıza məqsəd qoymuşuq. Sonadək mübarizə aparıb, ən yaxşı nəticəni qazanmağa çalışacağıq”.

1919 oxunub

InvestAZ