XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Polyaklar 10 il əvvəlki hadisəni yada saldı və…
İdman 16:03 / 15.09.2021
Millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Spartak"la səfər oyunundan əvvəl rəqibin azarkeşlərinin qəzəbinə səbəb olan addım atıb. Klub Moskvada bir neçə böyük ticarət mərkəzlərinin reklam fasadlarında öz futbolçularının rəsmləri olan - "Moskva, biz qayıtdıq" adlı banerləri yerləşdirib.  Bununla da Varşava təmsilçisi 2011-ci ildə "Spartak"ı Avropa Liqasında mübarizədən kənarlaşdırdıqları oyunu yada salıb. Bu isə rəqib azarkeşlərin etirazına səbəb olub. 
Qeyd edək ki, bütün banerlərdə Mahir Emrelinin də şəkli yer alır. Əlavə edək ki, bu gün keçiriləcək "Spartak" - "Legiya" oyunu Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. 

35949 oxunub

InvestAZ