XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Messi Pelenin rekordunu yenilədi ​
İdman 21:52 / 10.09.2021
Argentina yığmasının ulduz futbolçusu və Fransanın "Pari Sen-Jermen" komandasının 34 yaşlı hücumçusu Lionel Messi 2022-ci ilin dünya çempionatının seçmə qrup mərhələsinin 10-cu turunun Boliviya seçməsi ilə matçında het-trik edərək əfsanəvi Pelenin nailiyyətini üstələməklə milli komandalarda qolların sayı üzrə rekordçu olub. İndi Messinin hesabında Argentina yığmasının heyətində 79 qol var.

Məşhur braziliyalı futbolçu Pelenin isə hesabında 77 qol olub. Bundan əvvəl məhz o Cənubi Amerika (KONMEBOL) yığmalarının futbolçuları arasında qolların sayı üzrə rekordçu olub.

Messi Argentinanın yığmasının heyətində 153-cü matçını keçirir. Yetmiş doqquz qoldan başqa, onun hesabında həmçinin əlli iki məhsuldar ötürmə də var. Qeyd edək ki, Pele 77 qol üçün 91 görüş keçirməli olub.


39653 oxunub

InvestAZ