XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Futzal millimiz 5-ci oldu
İdman 17:48 / 10.09.2021
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunları davam edir. Azərbaycanın 19 yaşınadək futzalçılardan ibarət millisi Oyunlarda çıxışını başa vurub. Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv 5-ci yer uğrunda oyunda Moldova ilə qarşılaşıb. Rəqibinə 10:5 hesabı ilə qalib gələn yığmamız yekunda 5-ci yeri tutub.

Əli Mahmudovun het-trik etdiyi matçda Nurlan Məmmədzadə, Xəzər Ağalızadə dubl edib. Digər qolları isə Şahmar Cəfərli, Mirzə Əmirov və Fuad Məmmədzadə vurublar.

31935 oxunub

InvestAZ