XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çimərlik güləşçimiz Romada bürünc medala sahib çıxdı
İdman 11:00 / 07.09.2021
İtaliyanın paytaxtı Romada çimərlik güləşi üzrə dünya seriyasının ikinci mərhələsi keçirilib. Qrup mərhələsini uğurla keçən güləşçimiz Oyan Nəzəriani (+90 kq) yarımfinalda İran idmançısı Soheyl Qolipurqudarziyə minimal fərqlə uduzub. Daha sonra rumıniyalı Vasile Karasa 3:0 hesabı ilə qalib gələn O.Nəzəriani turnirin bürünc medalına sahib olub.
Mahal Novruzov (70 kq) və İbrahim Yusubov (90 kq) medal qazana bilməsələr də, reytinq xalları yığıblar.
Yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.
Qeyd edək ki, dünya seriyasının üçüncü mərhələsi Yunanıstanda (10-11 sentyabr), sonuncu - final mərhələsi isə Rumıniyada (25-26 sentyabr) keçiriləcək.

32066 oxunub

InvestAZ