XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Açıq Slovakiya Çempionatından qızıl medal
İdman 11:23 / 08.04.2019


Bratislava şəhərində təşkil edilən aerobika gimnastikası üzrə "Açıq Slovakiya Çempionatı” öz işinə yekun vurub.
15 ölkədən idmançıların iştirak etdiyi turnirdə ölkəmiz fərdi, qarışıq cütlük, üçlük və qrup çıxışlarında təmsil olunub. Millimizin üzvləri Mədinə Mustafayeva, Nərminə Hüseynova, Balaxanım Əhmədova, Vladimir Dolmatov və İmran İmranovun qrup proqramında icra etdikləri proqram onlara yarışların qızıl medalını (19.344) qazandırıb.
Gimnastlarımızın daha bir uğurlu çıxışı isə üçlük proqramında olub. Emil Quliyev, Elçin Məmmədov və V. Dolmatov 19.800 xalla turnirin gümüş medalını boyunlarından asıblar. Qarışıq cütlükdə gimnastlarımız İmran və Mədinə 6-cı, fərdi çıxışlarda Elçin 5-ci, Nərminə isə 7-ci yerdə turniri başa vurublar.
9-11 yaşlı gimnastların mübarizəsində isə yeganə təmsilçimiz Məryam Topçubaşova fərdi proqramda çıxış edərək, qızıl medal qazanıb. Məryamın çıxışı hakimlər tərəfindən yüksək qiymətləndirilərək, 32 idmançı arasında 1-ciliyə layiq görülüb.

39842 oxunub

InvestAZ