XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bu gün daha 6 paralimpiyaçımız Tokio-2020-də yarışacaq
İdman 03:13 / 03.09.2021
Yaponiyanın paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunları davam edir. Yarışların 10-cu günündə Azərbaycanın 6 paralimpiyaçısı oyunlarda mübarizə aparacaq. Onlardan biri para-taekvondoçu, ikisi üzgüçü, üçü isə atletdir.

Para-taekvondoçu Əbülfəz Abuzərli (75 kq) 1/8 finalda filippinli Allen Kianu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 05:15-də başlayacaq.

Para-üzgüçülər Vəli İsrafilov və Roman Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə qüvvəsini sınayacaq. Saley daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə, İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmədə qızıl medal qazanıb. Üzgüçülük yarışları Bakı vaxtı ilə 05:19-da start götürəcək.

Para-atlet Samir Nəbiyev nüvə itələmə növündə medal qazanmağa başlayacaq. Onun çıxışı Bakı vaxtı ilə saat 14:08-ə təsadüf edəcək.

Qeyd edək ki, aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə yer alıb.

49443 oxunub

InvestAZ