XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bu gün 6 paralimpiyaçımız Tokio-2020-də mübarizə aparacaq
İdman 09:04 / 02.09.2021
Yaponiyanın paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunları davam edir. Yarışların 9-cu günündə Azərbaycanın daha 6 paralimpiyaçısı Tokio-2020-də mübarizə aparacaq. Onların 1-i güllə atıcısı, 2-si parataekvondoçu, 3-ü isə para-atletdir. Yelena Taranova Bakı vaxtı ilə saat 03:45-də 25 metr məsafəyə güllə atma yarışında qüvvəsini sınayacaq.

Taekvondoçulardan 49 kq-da çıxış edən Röyalə Fətəliyeva 1/8 finalda tailandlı Kvansuda Puankitça ilə, 61 kq çəki dərəcəsində yer alan İmaməddin Xəlilov isə Rusiya Olimpiya Komitəsinin təmsilçisi Danil Sidorovla qarşılaşacaq. Görüşlər Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.

Para-atlet Orxan Qasımov nizə atma növündə medal qazanmağa çalışacaq. O, Bakı vaxtı ilə saat 14:00-da çıxış edəcək.

Yuliya Yanovskaya və Lamiyə Vəliyeva isə Bakı vaxtı ilə 16:17-də 400 metr məsafəyə qaçışda mübarizə aparacaq. Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda gümüş medal qazanıb.

Qeyd edək ki, aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

41487 oxunub

InvestAZ